“Barselona” Səudiyyə Ərəbistanında oynayan futbolçunu “qaralayıb”
“Əl-İttihad”ın yarımmüdafiəçisi Nqolo Kante Avropaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” fransalı futbolçunun transferində maraqlıdır. Kataloniya klubu Kantenin 2024-cü il Avropa çempionatındakı çıxışına heyran qalıb və bu yay onun transferini rəsmiləşdirmək istəyir.
Kantenin “Əl-İttihad”la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. 33 yaşlı yarımmüdafiəçi 2023/24 mövsümündə Sədiyyə Ərəbistanında 44 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin