Kante Fransa nəhənginin hədəfində
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını Fransada davam etdirə bilər.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı fransalı futbolçu uğrunda PSJ də mübarizə aparır. Parislilər “Barselona”nı qabaqlayaraq, futbolçunu transfer etməyi düşünürlər.
Daha əvvəl mətbuatda “Çelsi”nin Kante ilə müqaviləni yeniləmək niyyətində olmadığı barədə məlumatlar yayılmışdı. Baxmayaraq ki, hazırkı müqavilə 2022/2023 mövsümünün sonunda başa çatır.
Kante cari mövsümdə “Çelsi”də cəmi 2 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin