Kante DÇ-2022-ni buraxa bilər!
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante yenidən zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftə dizindəki zədənin təkrarlanmasından sonra Kante bir neçə həftə yaşıl meydanlardan kənarda qalmalıdır. Beləliklə, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxma riski ilə üzləşib.
Fransa millisinin baş məşqçisi Didye Deşam 2022-ci il dünya çempionatı üçün heyəti noyabrın 9-da açıqlamalıdır.
Kante sonuncu dəfə avqustun 14-də meydana çıxıb.
Daha əvvəl mediada “Çelsi”nin Kante ilə müqaviləni yeniləmək niyyətində olmadığı barədə məlumatlar yayılmışdı. London klubunun səbəblərindən biri də fransalı yarımmüdafiəçinin tez-tez zədələnməsidir. Kante 2022/2023 mövsümündə cəmi iki oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin