Hamamda paltarla çimir – “Çelsi”nin futbolçusu
“Çelsi”nin keçmiş hücumçusu Dieqo Koşta komandanın yarımmüdafiəçisi Nqolo Kantenin nə qədər utancaq olduğunu söyləyib.
Komanda.az “Kanal Pilhado”-ya istinadən xəbər verir ki, o, Kantenin paltarlı duş qəbul etdiyini deyib:
“Çelsi”də olarkən həmişə zarafatla Kanteni qucaqlamağa çalışırdım. O isə utanırdı.
Mən çılpaq duşa girdim və dedim:
“Kante, məni qucaqla!”
O, dərhal qışqırdı:
“Yox, yox, Dieqo!”
O, duş qəbul etdiyi zaman alt paltarını belə, çıxarmır”.
Koşta 2014-2017-ci illərdə “Çelsi”də çıxış edib. O, hazırda Braziliyanın “Atletiko Mineyro” klubunda forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin