Qvardioladan “Barselona”da icarədə olan futbolçu haqda açıqlama

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hazırda “Barselona”da icarədə olan portuqaliyalı müdafiəçi Joao Kanselonun gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Kanselonun gələcəyi ilə bağlı hələ müzakirə aparılmadığını bildirib:

“Kanselonun gələcəyi hələ müzakirə olunmayıb. Bunu mövsümün sonunda edəcəyik”.

Kanselo İspaniya çempionatının bu mövsümündə 26 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 29 yaşlı müdafiəçinin “Barselona”dakı icarə müddəti iyunun sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button