“Kanselo düzgün qərar verdi” – Silva

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva keçmiş komanda yoldaşı Joao Kanselonun “Bayern”ə keçidindən danışıb.

Komanda.az “Eleven Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu həmyerlisinin düzgün qərar verdiyini deyib:

“Joaonun adına xoşbəxtəm. “Bayern”ə getmək onun üçün ən yaxşı seçim idi. Təbii ki, hazırkı komanda yoldaşlarım və mən onun gedişindən sonra kədərləndik. Çünki onu hər gün görə bilmirik. Kanselonu çox bəyənirəm. Məncə, o, düzgün qərar verdi”.

Münhen təmsilçisi 28 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə “şəhərlilər”dən icarəyə götürüb. Almanlar onun transfer hüququnu almaq üçün 70 milyon avro ödəməli olacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button