
“Hamı bilir ki, mən “Barselona” fanatıyam”
“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo “Barselona”ya olan sevgisi ilə bağlı açıqlama verib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Hamı bilir ki, mən “Barselona” fanatıyam, “Barselona”nı sevirəm. Bu klubu sevirəm, orada keçirdiyim vaxtdan çox həzz alırdım. Ürəyim “Barselona” ilədir və onlar ötən mövsüm bir çox titullar qazandıqları üçün xoşbəxtəm”.
Portuqaliyalı futbolçu 2023/24 mövsümündə kataloniyalıların heyətində çıxış edib.
“Barselona” 2024/25 mövsümündə İspaniya çempionu olub və ölkə kubokunu, superkubokunu qazanıb. Komanda Çempionlar Liqasında isə yarımfinalda “İnter”ə ümumi hesabda (6:7) məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



