
“Bundesliqa düşündüyümdən daha çətin oldu” – Kanselo
“Barselona”nın müdafiəçisi Joao Kanselo Almaniya çempionatının səviyyəsini dəyərləndirib.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Bundesliqanın düşündüyündən daha çətin olduğunu bildirib:
“Bundesliqa düşündüyümdən daha çətin oldu. “Bayern”in üstünlüyünə görə belə düşünürdüm. Ardıcıl 10 titul qazandılar. “Borussiya”nın (Dortmund) yaxşı oyunu sayəsində hər şey daha da mürəkkəbləşdi”.
Portuqaliyalı futbolşu 2023-cü il yanvarın 31-dən iyunun 30-dək “Bayern”də çıxış edib. Bundesliqada 15 oyun keçirən müdafiəçi 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Kanselo Münhen komandası ilə birlikdə 2022/23 mövsümündə Almaniya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin