Kanselo “Barselona”da qala bilər
“Barselona”ya icarəyə verilən “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo Kataloniya klubunda qala bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubu portuqaliyalı futbolçunu birdəfəlik transfer etmək istəyir.
Bunun üçün isə İspaniya klubu qarşı tərəfə müdafiəçisi Alexandro Baldeni təklif edəcək.
20 yaşlı Baldenin “Barselona” ilə müqaviləsi 2028-ci il iyunun 30-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin