Kannavaro danışıq aparır – millinin baş məşqçisi olmaq üçün
İtaliya millisinin və “Yuventus”un sabiq müdafiəçisi Fabio Kannavaro Polşa Futbol İttifaqı ilə yığma komandanın baş məşqçisi vəzifəsinə mümkün təyinatı ilə bağlı danışıqlar aparır.
Komanda.az xəbər verir ki, bu barədə “UA-Football” məlumat yayıb.
Komandaya hazırda müqaviləsi bu yay başa çatacaq Çeslav Mixneviç rəhbərlik edir.
Polşa millisi UEFA Millətlər Liqasının 4-cü qrupunda 4 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin