Keyn nə vaxt qayıdır?
İngiltərənin “Tottenhem” klubunun zədəli futbolçusu Harri Keyn vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, bərpa prosesi keçdiyini bildirib:
“Sağlamlığımla bağlı hər şey yolundadır. Hazırda bərpa məşqləri edirəm. Cari mövsümlə bağlı veriləcək qərarı gözləməliyik. 2-3 həftə içərisində komandaya qayıdacağıma ümid edirəm. Fiziki vəziyyətimi daha da yaxşılaşdırmağım lazımdır”.
İngiltərəli hücumçu, Premyer Liqanın 21-ci turunda “Sauthempton”la oyunda (0:1) zədələnərək, əməliyyat olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin