Kanadalı hücumçunun Premyer Liqadan 2 “müştəri”si var

“Lill”in hücumçusu Conatan Davidlə İngiltərənin iki klubu maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı futbolçu “Çelsi” və “Vest Hem”in “radar”ındadır. Forvardın “Lill” ilə müqaviləsi bir ildən sonra başa çatdığından, transfer məbləği 20-25 milyon avro qiymətləndirilir.

“Çelsi” son günlər Davidlə bağlı sorğular aparır, ona görə də, çox güman ki, tezliklə rəsmi təkliflə çıxış edəcək.

24 yaşlı futbolçu “Lill”lə Fransa çempionatında 4 mövsümdə 71 qol vurub. O, Liqa 1-in son mövsümündə 19 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button