
Kanadalı hücumçu Fransa klubundan ayrılacağını açıqladı
“Lill”in formasını geyinən Devid Conatan cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə kanadalı hücumçu özü sosial şəbəkə hesabında paylaşım edib.
25 yaşlı oyunçunun Liqa 1 klubu ilə olan müqavilə müddəti bu ilin yayında başa çatır.
2020-ci ildən “Lill”də çıxış edən Conatan 231 oyunda 109 qol vurub və 30 dəfə assist edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



