
“İnter” kanadalı futbolçuya 5 milyon avro maaşla müqavilə təklif edib
“Lill”in hücumçusu Conatan David karyerasını “İnter”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu kanadalı futbolçuya illik 5 milyon avro maaş təklif edib.
Davidin qərar verməyə tələsmədiyi və buna görə də, digər klublardan gələn təklifləri dinləməyi planlaşdırdığı bildirilir.
25 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 44 matçda meydana çıxıb, 23 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun “Lill”lə hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



