Kanadalı futbolçu “Real”a keçməyə hazırdır

“Bayern”in müdafiəçisi Alfonso Deyvis “Real”a keçmək üçün klubunu tərk etməyə hazırdır.

Komanda.az AS-a istinadən xəbər verir ki, son günlər “kral klubu” kanadalı futbolçu ilə danışıqları intensivləşdirib. Madrid rəhbərliyi inanır ki, Deyvisi transfer etməklə sol cinahla bağlı problemləri həll edəcək.

23 yaşlı oyunçunun “Bayern”lə 2025-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləsi var. Futbolçunun dəyərinin 70 milyon avro olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button