Tuxelin Kanı oynamağa həvəsləndirən danışığı
“Bayern”in icraçı direktoru Oliver Kan Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel haqda danışıb.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin futbolçuları ruhlandırmasından söz açıb:
“Tuxel kluba gəldiyi ilk gündən məni heyran etdi. Onun futbolçuları necə düzgün ruhlandırdığını gördüm. Tuxel danışanda mən də ruhlanıram. Hətta meydançaya daxil olub, oynamaq istəyirəm”.
“Bayern” hazırda Almaniya çempionatının turnir cədvəlində 65 xalla birinci yerdədir. Onların ən yaxın izləyicisi 64 xalla “Borussiya”dır (Dortmund).
Bundesliqa təmsilçisi Yulian Naqelsmannı istefaya göndərdikdən sonra baş məşqçi postuna Tuxeli təyin edib. Onunla 2,5 illik sözləşmə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin