Kan postunu itirmək üzrədir
“Bayern”in icraçı direktoru Oliver Kan mövsümün sonunda vəzifəsini tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 2022/23 mövsümünü kuboksuz başa vurmaq təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən, 53 yaşlı keçmiş futbolçu ciddi təzyiq altındadır.
“Bayern” bu gün Almaniya Bundesliqasının 34-cü turu çərçivəsində “Köln” səfərinə yollanacaq. “Borussiya” (Dortmund) isə “Maynts”la qarşılaşacaq. Hər iki matç saat 17:30-da başlayacaq.
Dortmund təmsilçisi qələbə qazansa, Tomas Tuxelin komandası üç xala yiyələnsə də, çempion ola bilməyəcək.
“Bayern” Çempionlar Liqasında da mübarizəni dayandırıb. Onlar iki oyunun nəticəsinə əsasən, 1/4 finalda finalçı “Mançester Sitiyə uduzub və turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin