
Kamran Əliyev “Ximki”yə qələbə qazandırdı
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Yaroslavl “Şinnik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
Komandasının yeganə qolunu da Əliyev vurub. O, 47-ci dəqiqədə fərqlənməklə, cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.
“Ximki” 10 turdan sonra 24 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin