Kamran Süleymanovdan DÇ-də gümüş medal
Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, yarışların ikinci günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov mundialın gümüş medalını qazanıb. Cüdoçumuz Braziliya, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızıstan idmançılarına qalib gələrək finala çıxıb. Kamran həlledici görüşdə yaponiyalı Keiji Çujiokaya uduzaraq dünya birinciliyində 2-ci yeri tutub.
Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin