Kamran Quliyevə 5 oyunluq cəza
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununun fasiləsi zamanı “Neftçi”nin prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin