Quliyevlə Sultanovun Mbodj bazarlığı: 5 mindən 15 min dollara “inkişaf”
“Neftçi” 2018-ci ilin dekabrında Litvanın “Jalqris” klubundan Mamadu Mbodju heyətinə qatıb.
Komanda.az-ın əldə etdiyi məlumata görə, seneqallı müdafiəçinin Litva klubunda məvacibi aylıq 5 min dollar olub. Lakin o, “ağ-qaralar”da aylıq 15 min dollar qazanır. Ya da, əslində qazanmalıdır. Çünki nəzərdə tutulan 15 min dolların hamısının futbolçuya çatdığı şübhəlidir. Klubun prezidenti Kamran Quliyevlə idman direktoru Ceyhun Sultanovun transferlərdən pul qazandığına dair iddialar çoxdan var…
Mbodjun “Neftçi”ylə müqaviləsi 2021-ci ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin