Kamran Quliyev “Neftçi”dən getdi – RƏSMİ
Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən azad edilib.
Komanda.az xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi “feysbuk” səhifəsi məlumat yayıb.
Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin