Kamran Quliyev: “Məncə, “Zenit” və “Spartak”la yaxşı dostluq münasibətlərimiz olacaq”
“Ümid edirəm ki, “Spartak”la əməkdaşlıq hər iki klub üçün, Azərbaycan futbolunun burada, Rusiya futbolunun isə ölkəmizdə təbliği baxımından səmərəli olacaq”.
Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev “Matç” TV-yə müsahibəsində deyib.
Quliyev Moskva “Spartak”ı ilə imzalanan əməkdaşlıq memorandumunun onlara geniş imkanlar qazandıracağını bildirib:
“Biz bu məsələdə optimistik. Əməkdaşlıq təkcə dostluq görüşlərinin keçirilməsindən ibarət deyil. Fikrimcə, “Zenit”lə də eyni şəkildə işləyəcəyik. Ünsiyyət qurmaq, işləmək lazımdır. Məncə, “Zenit” və “Spartak”la yaxşı dostluq münasibətlərimiz olacaq”.
O, “Spartak”la daha bir yoxlama matçının keçiriləcəyini istisna etməyib:
“Bu oyunu hələ açıqlamamışıq. Görək necə olacaq. “Spartak”ın yeni baş direktoru ilə əlaqə saxlayacağıq”.
“Otkrıtiye Bank Arena”da keçirilən “Spartak”la “Neftçi” arasında keçirilən yoxlama görüşündə Rusiya klubu 2:0 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin