Kamran Quliyev “Neftçi”dən gedib? – Açıqlama

Mətbuatda “Neftçi”nin prezidenti Kamran Quliyevin istefaya göndərilməsi barədə xəbər yayılıb. Buna səbəb kimi 2018-ci ilin fevralından bu postda çalışan Quliyevin fəaliyyətinin “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfi qane etməməsi göstərilir.

Məsələni dəqiqləşdirmək üçün “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında yayılan xəbəri nə təsdiqlədi, nə də inkar etdi. O, bu barədə klubun rəsmi açıqlama yayacağını bildirdi.

Xatırladaq ki, Kamran Quliyev 2011-2018-ci illərdə “Sumqayıt” klubunun da prezidenti olub. O, 16 fevral 2018-ci ildə istefa verib və “Neftçi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button