Kamran Ağayev rəsmən “Səbail”də
Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, 34 yaşlı qolkiper “Səbail”ə keçib.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Ağayev yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Azərbaycanda “Şəfa”, “Turan”, “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ” komandalarının formasını geyinmiş Kamran Ağayevin son klubu “Keşlə” olub. Milli komandada 78 oyun keçirən qolkiper Türkiyənin “Karşıyaka”, “Kayserispor”, Portuqaliyanın “Boavişta” və Çexiyanın “Mlada-Boleslav” komandalarında da çıxış edib. O, bir ildən çoxdur futbol oynamırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin