Kamran Ağayev: Lap reklama çəkilmək üçün dönmüşəm, bunun kimə nə aidiyyati var?

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Keşlə” klubunun Türkiyədəki təlim-məşq toplanışını iki gün erkən tərk etməsi birmənalı qarşılanmayıb.

Komanda.az xəbər verir ki, onun müqaviləsi olduğu “Coca-Cola”nın Novruz bayramı üçün nəzərdə tutulmuş reklam çəkilişi üçün Azərbaycana tez döndüyü bildirilir.

Nəticədə, onun komandası qapıçısız qalıb və yoxlama oyununa üçüncü qapıçı Şahin Zəkiyevlə çıxıb (ikinci qapıçı Davud Kərimi zədəli olub) Bu isə baş məşqçi Tərlan Əhmədovun xoşuna gəlməyib.

“Coca-Cola Azerbaijan” şirkətindən Kamran Ağayevin reklamda çəkildiyi təsdiq edilib. Ağayevin özü isə bunu təsdiq etmək istəməyib:

“Bəli, Antalya toplanışını vaxtından əvvəl tərk etmişəm. Amma bu, qeyri-rəsmi, icazəsiz olmayıb. Həm də reklam üçün yox, şəxsi həyatımla bağlı məsələdən ötrü Bakıya dönmüşəm. Komandadan iki gün qabaq qayıtmışam. Digər tərəfdən, lap reklama çəkilmək üçün dönmüşəm, bunun kimə nə aidiyyati var? Şəxsi işlərim heç kimə, o cümlədən, mətbuata maraqlı olmamalıdır.

Bəli, “Coca-Cola”nın reklamına çəkilmək də təklif edilib. Yazırlar ki, ciddi məbləğ müqabilində razılaşıb. Başa düşmürəm, pul qazanmağım niyə başqalarını qıcıqlandırır? Niyə qısqanırlar? Bu, şəxsi işimdir. İcazə ala da bilərəm, almaya da. Amma “Keşlə”də belə bir şey yoxdur. Hər şey baş məşqçinin bilgisi, icazəsi əsasında olur.

İstənilən komandada səhv varsa, baş məşqçi ilə futbolçu arasında emosional gərginlik olacaq. Lakin bunun ümumi münasibətə aidiyyəti yoxdur. Nəticə axtarırsansa, gərginlik olacaq”. (Oxu.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button