Kamran Əliyev üçün 62 dəqiqə və 3 xal
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Nefteximik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 0:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
“Ximki” 9 turdan sonra 21 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin