Kamran Əliyevin komandası ÇSKA ilə bərabərə qaldı
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
17 turdan sonra 19 xalı olan “Ximki” 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin