Kamran Əliyev yeni klubunda qol hesabını açdı
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 14-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Volqar-Astraxan” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Xararovskluların yeganə qolunu da azərbaycanlı hücumçu vurub. 22 yaşlı futbolçu 69-cu dəqiqədə rəqib qapısına yol tapıb. Bu, Əliyevin “SKA-Xabarovsk”dakı ilk qoludur. O, qol vurduqdan cəmi bir dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.
Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb.
“SKA-Xabarovsk” 14 turdan sonra 27 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin