“Kamp Nou”da oynamaq arzum idi”
“Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona” ilə heç-heçə etdikləri matçı (0:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli futbolçu nəticədən razı olduğunu deyib:
“Kamp Nou”da oynamaq arzum idi. Oyunun ilk hissəsində şansım olanda necə də qol vurmaq istəyirdim! Amma nəticədən razıyıq. İnanıram ki, növbəti mərhələyə yüksələcəyik. Təbii ki, azarkeşlərimizin dəstəyi ilə”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin