Kamerunlu hücumçu Fransada klubunu dəyişdi
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Kamerun yığmasının və Lion “Olimpik”inin hücumçusu Karl Toko Ekambini icarəyə götürüb.
30 yaşlı forvard bu mövsümün sonunadəl satınalma şərti ilə icarəyə götürülüb. “Renn” yarım mövsümlük icarə üçün “Olimpik”ə 1.5 milyon avro ödəyib.
Ekambi 2020-ci ildən Lion “Olimpik”ində forma geyinir. O, bu komandada 114 oyuna 38 qol vurub. Hücumçu karyerası ərzində “Paris”, “Soşo”, “Anje” və “Vilyarreal”da da oynayıb, Kamerun millisində 55 oyuna 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin