
Kamerunlu futbolçu “Qarabağ”ın rəqibində oynamaq istəyir
“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba karyerasını “Liverpul”da davam etdirmək arzusundadır.
Komanda.az xəbər verir ki bu barədə “The Kop Correspondent” məlumat yayıb.
Mersisayd təmsilçisi 21 yaşlı futbolçu üçün 75 milyon avro və əlavə bonuslar ödəməyə hazırdır. Baleba özü də məhz “Liverpul”a keçmək istəyir. “Mançester Yunayted” ötən yay onu transfer etməyə cəhd göstərsə də, oyunçu təklifə razılıq verməyib.
Kamerunlu futbolçunun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



