Etonun oğlu Portuqaliya klubunda
Kamerun millisinin sabiq hücumçusu Samuel Etonun oğlu Etienne Eto Portuqaliyanın “Vitoriya” klubu ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Gimaraynş təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu “Vitoriya”nın U-23 komandasında oynayacaq.
Samuel Eto karyerasını 2019-cu ildə başa vurub. O, karyerası ərzində “Real”, “Barselona”, “Çelsi”, “İnter” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin