Kamerun millisinin baş məşqçisi istefaya göndərildi
Riqober Sonq Kamerun millisinin baş məşqçisi postunu tərk edib.
Komanda.az “France24”-ə istinadən xəbər verir ki, Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto onun istefaya göndərildiyini açıqlayıb.
Fil Dişi Sahilində keçirilən Afrika Millətlər Kubokunda kamerunlular 1/8 finalda Nigeriyaya 0:2 hesabı ilə uduzub. Samuel Eto məsələ haqda belə deyib:
“Bunlar futbolun qanunudur. Məqsədlərimizə nail olmadıq. Vəziyyəti müzakirə etdik. Müqaviləni yeniləməmək qərarına gəldik, gələcək haqqında düşünməyə dəyər. Ona uğurlar arzulayıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin