Eto prezident olmaq istəyir, ancaq…
Kamerun milli komandasının və “Barselona”nın sabiq futbolçusu Samuel Eto federasiya prezidenti olmaq istəyir.
Komanda.az xəbər verir ki, sabiq hücumçu Kamerun Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb. Lakin Etonun prezident olmasına ciddi bir maneə var.
Kamerun Futbol Federasiyasının seçim prezidenti Gilbert Şlik Etonun federasiyada rəhbər postu tuta bilməyəcəyini deyib. Belə ki, o, ikili vətəndaşlığı olan keçmiş hücumçunun prezident olmasının qaydalara zidd olduğunu bildirib.
Eto həm Kamerun, həm də İspaniya vətəndaşıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin