“Fənərbaxça”nın sabiq futbolçusu Cibuti klubunda
Kamerun milli komandasının və “Fənərbaxça”nın sabiq futbolçusu Karlos Kameni karyerasını Afrikada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 37 yaşlı qapıçı Cibuti təmsilçisi “Arta Solar” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kameni ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Arta Solar”da Aleks Sonq, Diafra Sako, Dani Nunkeu kimi futbolçular çıxış edir.
Kameni karyerası ərzində Fransada “Havr”, “Sent-Etyen”, İspaniyada “Espanyol”, “Malaqa”, Türkiyədə “Fənərbaxça” kimi klublarda çıxış edib. Qapıçı Kamerun yığmasında 74 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin