Kamerun hökumətindən milli komandaya Rusiya qadağası
Futbol üzrə Kamerun millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
Komanda.az “Sport-Ekspress”-ə istinadən xəbər verir ki, Kamerun yığması matça ev sahibliyi etməkdən boyun qaçırıb. Afrika ölkəsinin hökuməti milli komandanın ruslara qarşı oynamasını qadağan edib.
Daha əvvəl bu komandalar arasında oyunun iyunun 15-də baş tuta biləcəyi bildirilirdi.
Rusiya yığması son dövrdə iki yoldaşlıq oyunu keçirib: İran (1:1) və İraqa qarşı (2:0).
FİFA və UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin