Daha bir ölkədə mövsüm yekunlaşdırıldı
Kamerun Futbol Federasiyası koronavirus pandemiyasına görə ölkə çempionatında mövsümün erkən yekunlaşdırıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Ölkə çempionatında 28 turda 47 xal toplayaraq, lider olan “Bamenda” klubu çempion elan olunub. Komanda, yeni mövsümdə Afrika Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
Kamerunda ölkə çempionatı martın 17-də koronavirusa görə dayandırılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin