“Yuventus” rəsmisi: “Kambiasso üçün heç bir təklif olmayıb”

“Yuventus”un idman direktoru Kristiano Gintoli “Mançester Siti”nin komandanın müdafiəçisi Andrea Kambiasso ilə maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ heç bir danışıqların baş tutmadığını söyləyib:

“Düzünü desəm, indi heç bir danışıqlar yoxdur. Uzun müddətli zədələrdən təsirlənən müəyyən mövqeləri doldurmaq üçün oyunçular almaq istəyirik və satmağı düşünmürük. Kambiasso üçün heç bir təklif olmayıb, amma olsa, biz onları nəzərdən keçirəcəyik”.

Daha əvvəl “şəhərlilər”in 24 yaşlı futbolçunun transferi üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Kambiasso bu mövsüm bütün yarışlarda 26 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button