“Real”ın futbolçusunun oktyabrda qayıdacağı gözlənilir

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa hələ də ümumi qrupla məşqlərə qayıtmayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi qrup məşqlərinə qayıtmaq üçün çox çalışır.

Kamavinqa zədə səbəbindən bir neçə matçı buraxsa da, mətbuat yarımmüdafiəçinin yaxın vaxtlarda meydana qayıtmalı olduğunu yazmışdı. Onun oktyabrda – beynəlxalq fasilədən əvvəl yenidən meydana çıxacağı gözlənilir.

21 yaşlı futbolçu 2021-ci ilin yayından “Real”da oynayır və bu müddət ərzində Karlo Ançelottinin komandası ilə iki dəfə Çempionlar Liqasını qazanmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button