“Real”ın futbolçusunu o əvəz edəcək – Milli komandada
“Nitsa”nın yarımmüdafiəçisi Kefren Türam Fransa millisinə çağırılıb.
Komanda.az Fransa Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, sağ dizindən zədə almış “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı əvəz edəcək.
Fransızlar AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Yunanıstan milli komandaları ilə qarşılaşacaq.
Türam 2019-cu ildən “Nitsa”da çıxış edir. O, bu mövsüm komandanın heyətində 10 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin