“Real”ın xoşbəxt futbolçusu

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa 2023/24 mövsümü ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, o, İspaniya klubunun futbolçusu olduğu üçün çox xoşbəxt olduğunu deyib:

“Yeni futbol mövsümünə “Real”da başlamaq gözəldir. Bu klubun futbolçusu olduğuma görə çox xoşbəxtəm. Ümid edirəm ki, yeni mövsümdə çoxlu kuboklar qazanacağıq. Hər yerdə “Real” fanatı ilə qarşılaşa bilərsiz. Bu, gözəldir!”

20 yaşlı futbolçunun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Kamavinqa 2022/23 mövsümündə La Liqa təmsilçisinin heyətində 59 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button