“Real”ın futbolçusu Premyer Liqaya getmək istəmir

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa klubdan getməyə tələsmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın bir sıra klubları fransalı futbolçu ilə maraqlanır, lakin oyunçu İngiltərəyə getməkdə maraqlı deyil. O və ətrafı transferlə bağlı bütün söhbətlərə məhəl qoymur.

Kamavinqa üçün son mövsüm qeyri-sabit olub və bu, onun bu yay mümkün satışı ilə bağlı söz-söhbətlərə səbəb olub. 22 yaşlı vingerin “Real”la müqaviləsi 2029-cu ilin ortalarına kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button