“Mən Kantedən qorxuram?” – “Real”ın futbolçusu
“Real”ın və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa AÇ-2024-ə dəvət alan Nqolo Kante ilə eyni mövqedə rəqabət aparmalı olmasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, heç nədən qorxmadığını bildirib:
“Mən Kantedən qorxuram? Heç nədən qorxmuram, özümə arxayınam. Kante əla oyunçudur. Komandada, xüsusən də, bu səviyyədə sağlam rəqabətin olması çox vacibdir”.
Kante 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında – “Əl-İttifaq”da çıxış edir. Lakin bu, fransalı futbolçuya Almaniyada keçiriləcək Avropa çempionatına baş məşqçi Didye Deşamdan dəvət almasına mane olmayıb.
Kamavinqa “Real”la üç mövsümdə iki dəfə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin