
“Real”ın futbolçusu azarkeşlərə səsləndi
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, fransalı futbolçu qalib gəlmək niyyətində olduqlarını söyləyib:
“Aprelin 16-da bizim bütün madridlilərin köməyinə ehtiyacımız olacaq. Həmişə olduğu kimi, qalib gəlmək niyyətindəyik və dünyanın bütün madridlilərinə ehtiyacımız var”.
Londonda keçirilən ilk oyun “Real”ın məğlubiyyəti ilə başa çatıb – 0:3. Oyunun sonunda emosiyalarına nəzarəti itirən Kamavinqa ikinci sarı vərəqə alıb. Buna görə də o, aprelin 16-da “Santyaqo Bernabeu”dakı cavab qarşılaşmasında iştirak edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin