İtaliya millisinin futbolçusu İngiltərədə oynamağa hazırdır
“Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiori İngiltərə Premyer Liqasına keçməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” “Bolonya” ilə razılığa gəlməsə, italiyalı futbolçu xarici çempionata keçməyə hazır olacaq.
“Bolonya” daha əvvəl A Seriyasındakı rəqiblərini gücləndirməkdənsə, Kalafiorini xarici kluba satmağa üstünlük verdiklərini bildirmişdi.
22 yaşlı futbolçu əvvəllər 50-60 milyon avro civarında dəyərləndirilirdi.
Kalafiori AÇ-2024-də İtaliya millisinin heyətində çıxış edib, lakin onun komandası artıq 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin