Kaka: “Mourinyoya “Fənərbaxça”da uğurlar arzulayıram”
“Real”ın sabiq yarımmüdafiəçisi Kaka “Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyoya uğurlar arzulayıb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, keçmiş futbolçu, Mourinyonu heyrətamiz adlandırıb:
“Mən Mourinyo ilə “Real”da üç il işləmişəm. O, heyrətamiz məşqçidir, sərtdir, həmişə qalib gəlmək istəyir. Ona “Fənərbaxça”da uğurlar arzulayıram”.
Mayın 31-də portuqaliyalı mütəxəssis Joze Mourinyonun İstanbul klubu ilə müqavilə imzaladığı xəbəri yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin