Kaka Neymarın “sirr”ini açdı
Braziliyalı keçmiş futbolçu Kaka həmyerlisi Neymarın 2019-cu ildə PSJ-dən ayrılaraq “Barselona”ya qayıtmaq istədiyini açıqlayıb.
Komanda.az “beİN Sports”-a istinadən xəbər verir ki, Kaka, Neymarın indi Paris klubunda xoşbəxt olduğunu deyib:
“Neymarla yaxın dostuq. Çox danışırıq və təbii ki, 2019-cu ildə PSJ-də pis dönəmdən keçdiyini bilirdim. Bilirdim ki, o, “Barselona”ya qayıtmaq istəyir. Onun azarkeşlərlə problemləri var idi. Amma indi xoşbəxtdir.
Neymar gələcəyə baxır, onun üçün bu, perspektivli layihədir. PSJ ildən-ilə güclənir, Çempionlar Liqası kimi vacib bir turniri qazanmaq üçün komanda işi üzərində işləyirlər. Neymar PSJ və Parisdə xoşbəxtdir”.
Neymar bu mövsüm Liqa 1-də 10 oyuna çıxdı, 8 qol vurub və 7 məhsuldar ötürmə etdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin