Braziliyalı azarkeşlərdən şikayətləndi

Braziliyalı keçmiş futbolçu Kaka ölkəsinin milli komandası haqda fikir bildirib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, o, azarkeşlərin yığmanı dəstəkləmədiyini dilə gətirib:

“Bir çox braziliyalı milli komandanı dəstəkləmir. Keçmiş komanda yoldaşım Ronaldoya Qətərdə fərqli münasibət var. Braziliyada isə onu gördükləri an, “küçədən kök adam gedir” deyə, düşünürlər”.

Kaka “sambaçılar”ın hücumçusu Neymara azarkeşlərin münasibətindən də söz açıb:

“Təbii ki, bir çox braziliyalı Ronaldonu sevir, mən də Ronaldonu sevirəm. Lakin Braziliyada və xaricdə ona fərqli münasibət var. Ölkə xaricində ona daha çox hörmət edildiyini görürəm. Hazırda Braziliyada bir çox insan Neymar haqqında da mənfi danışır”.

Braziliya millisi DÇ-2022-nin 1/4 finalında bu gün Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button