Kafu: “Levandovski “Bayern”i niyə tərk etsin?”

Braziliyalı keçmiş futbolçu Kafu “Bayern”in hücumçusu Robert Levandovskinin “Barselona”ya keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sabiq müdafiəçi, Levandovskinin Almaniya klubunda qalmalı olduğunu deyib:

“Levandovski “Bayern”i niyə tərk etsin? O, böyük komandada oynayır və yaxşı da çıxış edir. “Bayern”də oynamaq Levandovskiyə dünyanın ən yaxşı futbolçularından birinə çevrilməsinə kömək etdi”.

Polşa millisinin də formasını geyinən Levandovskinin “Barselona”nın transfer siyahısında olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button